
2016/2017 mövsümündə Avropanın ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. UEFA-nın rəsmi saytı xəbər verir ki, qalib olmaq uğrunda 3 oyunçu mübarizə aparacaq. Bunlar “Yuventus”un italiyalı qapıçısı Canluici Buffon, “Barselona”nın argentinalı kapitanı Lionel Messi və “Real Madrid”in portuqaliyalı hücumçu Kriştianu Ronaldudur. Qalibin adı avqustun 24-də Monakoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı açıqlanacaq. Qeyd edək ki, 2015/2016 mövsümündə Avropanın ən yaxşı futbolçusu Kriştianu Ronaldu seçilib.Report
Tətbiqimizi yükləyə bilərsiniz