Çinin Xuaynan şəhərində üzmə günəş elektrik stansiyası istismara verilib. "Yeniavaz.com"un RBK-ya istinadən verdiyi məlumata görə, elektrik stansiyasında 160 min günəş paneli var. O, 15 min evi elektrik enerjisi ilə təmin etmək iqtidarındadır. Stansiyanın gücü 40 meqavat təşkil edir. Panellər təxminən 86 hektar sahədə yerləşir. Bu, dünyanın ən böyük üzmə günəş elektrik stansiyası sayılır. Stansiyanın konstruktorları hesab edirlər ki, stansiyanın istismar müddəti 25 ildir.