Prezidentin xanımı polisə təslim oldu

Zimbabve Prezidenti Robert Muqabenin həyat yoldaşı Qras Muqabe Cənubi Afrika Respublikası (CAR) polisinə təslim olub.

Buna səbəb xanım Muqabenin CAR-da gənc bir qadına hücum etməsidir.

Zimbabve polisindən verilən açıqlamada özü təslim olduğu üçün xanım Muqabenin həbs edilmədiyi və məhkəmədə hakim qarşısına çıxacağı bildirilib.

Qeyd edək ki, 20 yaşındakı Qabriella Engels CAR-ın Yohannesburq şəhərindəki xəstəxanada xanım Muqabenin oğluna baş çəkdiyi zaman ona hücum etdiyini iddia edib. Engels sosial şəbəkədə paylaşdığı fotolarda alnındakı yaranın Qras Muqabenin zərbəsi nəticəsində yarandığını yazıb. Axar.az

DİGƏR XƏBƏRLƏR

Top