Rusiya ərazisinin bir hissəsini Qazaxıstana verdi

Rusiya sərhədlərin demorkasiyasından sonra Novosibirsk vilayətinin Kupinsk rayonunun Pokrovka kəndi yaxınlığında yerləşən Sladkoe gölünü tamamilə Qazaxıstana verib. "Yeniavaz.com"un "Meduza"ya istinadən verdiyi məlumata görə, avqustun 10-dək sərhəd gölün üzərindən keçirdi. Kupinsk rayon administrasiyasından bildiriblər ki, ov mövsümü zamanı həm yerli sakinlər, həm də başqa yerlərdən gələnlər gölə gedirlər. Bununla belə, administrasiyanın başçısı Vladimir Şubnikov qeyd edib ki, göldə balıq yoxdur və bu demorkasiya iqtisadi fəaliyyətə toxunmur: "Sladkoe gölü yarımgöl, yarımbataqlıqdir və tamamilə faydasızdır". "Google Maps"in məlumatına əsasən, gölün səthinin sahəsi 45 hektardır. Daha əvvəl bunun 14 hektarı Rusiyanın ərazisinə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top