Bill Qeyts 4,6 milyard dollar məbləğində ianə verib

Amerikalı milyarder Bill Qeyts 2000-ci ildən bəri ən irihəcmli ianə verib. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, “Microsoft” korporasiyasının qurucusu şirkətin 4,6 milyard dollar dəyərində olan səhmlərinin 5 faizini ianə verib. B. Qeyts ianəni 6 iyun 2017-ci il tarixində verib, lakin bu məlumat yalnız indi yayımlanıb. İanəni alan şəxsin adı açıqlanmır. Bisnesmen adətən ianələrini həyat yoldaşı Melinda ilə birgə yaratdıqları “Bill & Melinda Gates Foundation” xeyiyyə fonduna ödəyir. Qeyts cütlüyü 1994-cü ildən bəri pul və “Microsoft”un səhmləri qismində təxminən 35 milyard dollar ianə verib. Hazırda şirkətin qiymətli kağızları indiki məzənnə ilə 50 milyard dollar məbləğində qiymətləndirilir. B. Qeyts 85 milyard dollardan artıq sərvəti ilə dünyanın ən varlı insanı statusunu qoruyur.

DİGƏR XƏBƏRLƏR

Top