Almaniya XİN: Bütün dünya ABŞ-ın siyasətindən şokdadır

Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel ABŞ Prezidenti Donald Trampın Koreya Xalq Demokratik Respublikası ətrafında vəziyyətlə bağlı anlaşılmaz hərbi ritorikasını tənqid edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, o bildirib ki, bu cür münaqişələr bəyanatlarla başlayır və hərbi əməliyyatlarla başa çatır. Nazirin sözlərinə görə, ABŞ-ın siyasətinin proqnozlaşdırılması o qədər mümkünsüz olub ki, bütün dünya bundan şoka düşüb: “Başa düşmək çətindir, kimdir orada başçı. Dövlət katibi Reks Tillerson və Pentaqon rəhbəri Ceyms Mettis ABŞ-ın mümkün hərbi müdaxiləsini səhv hesab etdikləri halda, D. Trampın ətrafında qanunun gücünü daha güclünün haqqı ilə əvəz etməyə çılaşanlar var”.

DİGƏR XƏBƏRLƏR

Top