Dövlət idarələri 6 ayda 97,6 milyon manatlıq elektrik enerjisi istifadə ediblər

Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 887,5 milyon kVt saat elektrik və 142,8 min Qkal istilik enerjisindən, 90,1 milyon kub metr təbii qazdan istifadə edilib.

"Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 5,9 faiz, istilik enerjisindən 23,6 faiz, təbii qazdan 3,1 faiz çox istifadə edilib. Cari ilin yanvar-iyun aylarında ölkənin bütün təsərrüfat subyektləri tərəfindən 9,4 milyard kVt saat elektrik enerjisi istehlak edilib.

DİGƏR XƏBƏRLƏR

Top