7 ayda 730 min ton avtomobil benzini istehsal olunub

Bu ilin yanvar-iyul aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 567,3 milyon manat olmaqla əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 7,8 faiz azalıb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, neft məhsullarından ağ neftin istehsalı 8,2 faiz (353,8 min ton), yanacaq mazutunun istehsalı 39,9 faiz (243,8 min ton), dizel yanacağının istehsalı 16,8 faiz (1 milyon 125 min ton) azalıb. Avtomobil benzininin (730,1 min ton), sürtkü yağlarının (19,5 min ton), neft bitumunun (103,4 min ton) və neft koksunun (128,4 min ton) istehsalı isə artıb. Hesabat dövründə 730,1 min ton avtomobil benzini istehsal olunub ki, bu da 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 7,2 faiz çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top