Dizellə işləyən və Rusiya istehsalı olan maşınların qiyməti bahalaşdı FOTOLAR

Aİ 92 markalı benzinin qiyməti bahalaşaraq 90 qəpik olduqdan sonra maşın bazarında avtomobillərin qiyməti də dəyişib. "Yeniavaz.com" xəbər verir ki, respublikanın ikinci böyük şəhəri olan Gəncədə yerləşən maşın bazarında dizel və Rusiya istehsalı olan avtomobilərin qiymətində bahalaşma var. Satıcılar bildirirlər ki, bazarda tələbat daha çox yanacağı az işlədən avtomobilərədir.

Maşınlara alıcı marağı yüksək olsa da, qiymətlərin bahalaşması onlara seçim etməkdə çətinlik yaradır. Ən çox təlabat isə ikinci əl avtomobillərədir. Bazarda satan çox olasa da, alan azdır. Satıcıların sözlərinə görə, bazara alıcı qıtlığı yaşanır.

Satıcıların dediyinə görə, bazarda tələbat daha çox yanacağı az işlədən avtomobillərədir. Bazarda maşın almaq üçün gələnlər çox olsa da, qiymətlərin bahalaşması səbəbindən arzuladıqları maşınları tapmaqda çətinlik çəkdiklərini deyirlər. Alıcılar qiymət artımının 500 manatdan çox olduğunu deyirlər.

Gəncədəki maşın bazarında ən çox satılan avtomobillər isə, ənənəvi olaraq yenə də Rusiya istehsalı olan avtomobillər, bundan başqa dizellə işləyən maşınlaradır.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top