
Çin vətəndaşları ölkənin yaradılması günü münasibətilə elan edilmiş 5 istirahət günündə öllkə daxilinə və xaricə səfərə 60 milyard dollar xərcləyiblər. “Yeniavaz.az”ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Çin Mərkəzi Televiziyası xəbər yayıb. Oktyabrın 1-5-də 589 milyon çinli ölkə daxilində səyahət edib, daha 6 milyonun isə xaricə səfər edib. Çinlilərin üz tutdfuqları ölkələr sırasında Cənubi Koreya, Tailand, Yaponiya ilk sıraları tutur. 2015-ci ilin yekunları üzrə Çinin beynəlxalq turizmdən gəlirləri 114 milyard dollar təşkil edib. Ölkə bu göstrici üzrə dünyada ikinci yeri tutub.
Tətbiqimizi yükləyə bilərsiniz