Azərbaycan boksçusu gümüş medal qazanıb

Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan boksçusu Lorenzo Sotomayor final görüşünü keçirib.


64 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Özbəkistan təmsilçisi Fazliddin Qaybnəzərov ilə qarşılaşıb. Bunadək bütün rəqiblərini məğlub edən Lorenzo Sotomayor bu dəfə qələbə qazana bilməyib – 1:2.


Beləliklə, Azərbaycan Rio Olimpiadasında daha bir gümüş medal qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top