ABŞ-da ata uşaqlarını öldürdükdən sonra intihar etdi

ABŞ-ın Biverton şəhərində (Oreqon ştatı) ata iki uşağını güllələyərək öldürüb, daha sonra intihar edib. “Hadisə Redvul Qrik yaşayış kompleksində baş verib. Qadın yaxınlarının meyitlərini aşkar edib və “911” xidmətinə zəng edib. Adı açıqlanmayan şəxs 6 yaşlı oğlu və 8 yaşlı qızını öldürüb, daha sonra özünü güllələyib. Fakt qətl və intihar hadisəsi kimi nəzərdən keçirilir”, - Biverton Polis İdarəsinin dərc edilmiş bəyanatında deyilir. Polislər Biverton sakinləri üçün təhlükənin olmadığını bildiriblər. ABŞ-da bu qəbildən olan qətllər odlu silah sahibi olmaq haqlarına dair qızğın müzakirələrə səbəb olub.

Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top