Aİ Şurası Gürcüstanla vizasız rejimin tətbiqini təsdiqləyib

Aİ Şurası Gürcüstan üçün vizasız rejimin qanuniləşdirilməsini təsdiqləyib.Bu barədə “EU Reporter” məlumat yayıb. Daimi nümayəndələr komitəsinin sədri Piter Yavorçik bəyan edib ki, məmurlar Avropa Parlamentinin dəstəyinə ümid edirlər. Eyni zamanda Aİ və Gürcüstanın vizasız rejimi, yeni Avropa vizasız rejimlərin dayandırılması mexanizmi ilə eyni anda təsdiqlənməsi və işə düşməsi ilə qüvvəyə minəcək. Bu vasitə Almaniyanın təkidi ilə hazırlanır. Berlin Aİ ilə vizasız rejim təsdiqləndikdən sonra Ukrayna, Gürcüstan və Kosova vətəndaşlarının vəziyyətdən istifadə edəcəklərindən narahatdır. Bu isə cinayətlərin səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Bu mövqe ilə rəsmi Paris də həmrəylik göstərib.

Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top