
Bakı Apellyasiya Məhkəməsində Azərbaycan İqtisad Universitetinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı apellyasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib. Qeyd edək ki, universitet 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək "İqtisadçı -2005" MTK-ya verilən sərəncamın ləğvini istəyib. İddia təmin olunmadığından universitet apellyasiya şikayəti verib. "İqtisadçı -2005" MTK universitet müəllimləri üçün ev tikintisi həyata keçirən şirkət olub.
Tətbiqimizi yükləyə bilərsiniz