Toğrul Əsgərov gümüş medal qazanıb

Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan güləşçisi Toğrul Əsgərov final görüşünü keçirib.

65 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Rusiya təmsilçisi Soslan Ramonov ilə güləşib. Bunadək bütün rəqiblərini məğlub edən Toğrul Əsgərov bu dəfə qələbə qazana bilməyib.

Beləliklə, Azərbaycan Rio Olimpiadasında daha bir gümüş medal qazanıb.

18.03

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının çempionu Toğrul Əsgərov növbəti görüşü çıxıb.

T. Əsgərovun yarımfinalda rəqibi italiyalı Frank Markez Xamizon olub.

T. Əsgərov 7:4 hesabı ilə görüşdə qalib gəlib.

APA

DİGƏR XƏBƏRLƏR

Top