
“Ağsu” Futbol Klubu Peşəkar Futbol Liqasına məktub ünvanlayıb. "Yeniavaz.az" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, klub 2016/2017-ci illər mövsümündə Azərbaycan kuboku uğrunda yarışlarda iştirak etməyəcəyini bildirib. Beləliklə, kubok uğrunda 18 komanda mübarizə aparacaq. Xatırladaq ki, "Mil Muğan", "Energetik" və "Göyəzən" də yarışa qatılmaqdan imtina etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz