Bakı metrosunda "bomba həyəcanı" yaşadan şəxs sərxoş imiş

Bakıda metroya bomba qoyacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən 1977-ci il təvəllüdlü Fəqani İsmayılovun şəxsin məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə keçirilən məhkəmə istintaqı açıq elan edilib. Söz dövlət ittihamçısı verilib. Prokuror ittiham aktını elan edib. F. İsmayılov ittiham üzrə özünü təqsirli bilməyib.

Prosesdə şahid qismində dindirilən DİN-in əməkdaşları Arzu Tağıyev və Zöhrab Səlimov ifadə verib. Onlar ifadələrində metrostansiya bomba qoyulması ilə məlumat daxil olduğunu deyiblər: “Məsələ araşdırılıb. Bilinib ki, verilən məlumat yanlışdır. Hadisədən sonra zəngin Fəqani İsmayılov tərəfindən edildiyi müəyyən olunub və o, saxlanılıb".

Prosesdə Fəqani İsmayılovun 102 xidməti ilə telefon əlaqəsi protokulu elan edilib. Həmin zaman təqsirləndirilən şəxsin spirtli içki təsirində olduğu məlum olub. Proses oktyabrın 12-də davam edəcək.

Qeyd edək ki, bu ilin fevral ayında naməlum şəxs DİN-ə zəng edərək metroya bomba qoyacağını deyib. 102 xidmətinə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsi, DİN-in Abşeron Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Abşeron rayonunun Saray qəsəbəsində yaşayan, İmişli rayon sakini 1977-ci il təvəllüdlü F.İsmayılov olması müəyyən edilib. Daha sonra həmin şəxs saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top