
Almaniyanın keçmiş kansleri Gerhard Şröderə yeni vəzifə verilib. “Yeniavaz.az”ın TASS-a istinadən verdiyi məlumata görə, o, “Şimal axını -2” qaz kəməri layihəsinin operatoru “Nord Stream” şirkətinin Direktorlar Şurasına sədrlik edəcək. Bunadək isə G. Şröder Rusiyadan Almaniyaya qazın tədarükü üçün boru kəmərinin tikintisi üzrə konsorsiuma başçılıq edib.
Tətbiqimizi yükləyə bilərsiniz