İnsanlar manata etibar etmir...

Sentyabr ayının əvvəlinə olan məlumatına görə, əhalinin banklardakı əmanətləri 7 milyard 931,9 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% və ya 611,6 milyon manat, əvvəlki aya nisbətən isə 1,1% və ya 88,1 milyon manat çoxdur. "Yeniavaz.az" xəbər verir ki, bu barədə Mərkəzi Bankın (MB) açıqladığı hesabatda bildirilir. Əmanətlərin 18,3%-i və yaxud 1 milyard 456,5 milyon manatlıq hissəsi milli valyuta ilə yerləşdirilib. Son 1 ayda manatla yerləşdirilən əmanətlərin məbləği 3,4% və ya 49,5 milyon manat azalıb. Əmanətlərin 81,7%-i və yaxud 6 milyard 475,4 milyon manatlıq hissəsi isə xarici valyutada yerləşdirilib. Xarici valyuta ilə yerləşdirilən əmanətlər isə son bir ay ərzində 2,2% və ya 137,6 milyon manat artib. Sentyabr ayının 1-nə olan məlumata görə, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin illik faiz dərəcəsi orta hesabla 5,3% olub. Bu göstərici, milli valyutada yerləşdirilən əmanətlərdə 6,2%, xarici valyutada yerləşdirilən əmanətlərdə 5,1% təşkil edib.

Rəqəmlərdən də göründüyü kimi, milli valyutada yerləşdirilən əmanətlər üzrə faiz dərəcəsi xarici valyutada yerləşdirilən əmanətlər üzrə faiz dərəcəsindən yüksək olsa da əhali banklara manatla əmanət qoymağa üstünlük vermir. Bu, isə milli valyutaya olan etimadsızıqdan irəli gəlir. Ötən il baş verən devalvasiyalardan sonra insanlarda manata olan inam aşağı düşüb və açıqlanan son rəqəmlər də onu göstərir ki, bu inam hələ də bərpa olunmayıb.

A.C.

DİGƏR XƏBƏRLƏR

Top