Türkiyədə ağır yol qəzası baş verib

Türkiyənin Ağrı vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Tutak və Hamur rayonlarını birləşdirən Hamurdərəsi avtomobil yolunda, Palandökən kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağrı şəhərinə doğru hərəkətdə olan yük maşınının üzərindəki ekskovator avtomobil yoluna düşüb. Nəticədə arxadan yüksək sürətlə gələn mikroavtobus ekskovatora çırpılıb. Qəzada mikroavtobusdakı sərnişinlərdən 8 nəfəri ölüb, 15-i yaralanıb. Yaralılardan 4-nün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. Report

DİGƏR XƏBƏRLƏR

Top