Cənubi Koreya Almaniyadan 90 ədəd qanadlı raket alacaq

Cənubi Koreya hökuməti Almaniyadan “hava-səth” sinifli 90 ədəd “Taurus” yüksəkdəqiqlikli qanadlı raket alacaq.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, satınalma ofset sazişi çərçivəsində baş tutacaq. Bunun əvəzində raket istehsalçısı Cənubi Koreya istehsalı olan elektron mallar əldə etməlidir.

“Taurus” Koreya Xalq Demokratik Respublikasının nüvə obyektlərini məhv etmək üçün istifadə oluna bilər. Koreya hökuməti ilk dəfədir ofset sazişi çərçivəsində xaricdən silah alır. Hazırda Cənubi Koreya Silahlı Qüvvələrinin arsenalında alman-isveç şirkəti “Taurus”un istehsal etdiyi 170 ədəd qanadlı raket var. Onlar F-15K qırıcılarını təchiz etmək üçün nəzərdə tutulub. Raketərin uçuş məsafəsi 500 kilometrədəkdir. Bu cür raket qalınlığı 6 metr olan beton divarı dəlib keçə bilər.

DİGƏR XƏBƏRLƏR

Top