Syerra-Leonedə torpaq sürüşməsi: 200-dən çox ölü

Syerra-Leonedə torpaq sürüşməsi zamanı 200-dən çox adam həlak olub. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 200-dən çox cəsəd morqa çatdırılıb. Ölənlər arasında təxminən 60 uşaq var. Torpaq sürüşməsi bu gün səhər saatlarında paytaxt Fritaundan bir az aralıda yerləşən Ricent şəhərində baş verib. Onlarla ev dağılıb. Bir neçə yüz insanın dağıntılar altında qaldığı ehtimal edilir.

DİGƏR XƏBƏRLƏR

Top