Tramp tətilini yarımçıq qoydu

ABŞ Prezidenti Donald Tramp gərgin iş qrafikinə görə “işgüzar tətilini” yarımçıq dayandıraraq Vaşinqtona qayıdır.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə D. Tramp “Twitter” səhifəsində yazıb.

O bildirib: “Bu səhər (bazar ertəsi) Vaşinqtona qayıdıram. Çox iş görmək lazımdır. Diqqəti ticarət və hərbi məsələlərə yönəldəcəm”. Xatırladaq ki, Prezident avqustun 4-də 17 günlük “işgüzar tətilə” yollanmışdı. Ağ evin nümayəndəsi bəyan etmişdi ki, D. Tramp kurortda işləyəcək, çünki Ağ evdə istilik və kondisioner sistemini təmir edirlər. Qeyd edilirdi ki, avqustun isti havasında kondisioner olmadan Prezidentin iqamətgahında işləmək mümkün deyil.

DİGƏR XƏBƏRLƏR

Top