Benzinə necə qənaət edə bilərsiniz? QIZIL QAYDALAR

Avtomobil alarəkən insanların ən çox diqqət etdiyi məsələlərdən biri də yanacaq sərfiyyatı ilə bağlıdır. İndi hər kəs daha "qənaətcil" avtomobillərə üstünlük verməyə çalışır. Avtomobil alıcıları əksər hallarda belə hesab edirlər ki, yanacaq sərfiyyatı ancaq avtomobilin modelindən və texniki göstəricilərindən asılı olaraq artıb-azalır. Lakin aparılan araşdırmalar göstərir ki, yanacaq sərfiyyatının az və ya çox olması həm də sürücülərin özlərindən asılıdır. "Yeniavaz.com" xəbər verir ki, məsələ ilə bağlı araşdırma Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin mütəxəssisləri tərəfindən aparılıb. Nazirliyin mütəxəssisləri sürücülər üçün bir-sıra tövsiyyələr də hazırlayıblar. Onlar bu fikirdədirlər ki, bu tövsiyyələrə əməl olunduğu təqdirdə yanacağa 40% qənaət etmək mümkündür:

- Yaxın məsafələr üçün avtomobildən istifadə etməyin.

- Motoru işə saldıqdan sonra uzun müddət isitməyə ehtiyac yoxdur. İsti havalarda motorun isidilməsi üçün 30 saniyə, soyuq havalarda isə bir qədər artıq zaman kifayət edər.

- Avtomobili yerindən sürətlə hərəkət etdirməyin. Bu zaman benzin sərfiyyatı 60% artır. Dayanarkən də anidən durmayın. Avtomobili sabit sürətlə idarə etməyə çalışın.

- Avtomobilin sürəti artıqca sürət qutusunu dəyişin. Bu zaman sürət qutusunu yumuşaq və sürətli bir şəkildə dəyişmək lazımdır. Motorun xüsusiyyətlərini nəzərə alaraq yüksək sürət qutusu seçmək lazımdır. Sürət qutusunu elə seçmək lazımdır ki, motorda titirəmə müşahidə olunmasın.

- Nəqliyyatın sıx olduğu yerlərdə öndəki avtomobillə aradakı məsafəyə diqqət edin. Məsafəni elə saxlamaq lazımdır ki, tez-tez əyləcə basmağa ehtiyac qalmasın. Belə vəziyyətlərdə sürəti tədricən azaltmaq və tədricən də artırmaq lazımdır. Əgər işıqforun qırmızı işığının yandığını uzaqdan görürsünüzsə, ayağınız qazdan tədricən çəkin.

- Əgər yolda tıxaca düşmüsünüzsə və hərəkət yoxdursa, motorun işləməsini dayandırın. 30 saniyədən artıq bir yerdə dayandığınız zamanlarda da motorun işləməsini dayandırın.

Avtomobil 95 km/saat sürətlə getdiyi zaman 10 litr (100 km-ə) benzin sərf edirsə, 103 km/saat sürətlə hərəkt etdiyi zaman 11 litr (100 km-ə) yanacaq işlətmiş olacaq

- Avtomobil saatda 95 kilometrdən artıq sürətlə hərəkət etdiyi zaman, hər 8 km/saat üçün 10% daha artıq yanacaq sərf olunur. Bu o deməkdir ki, avtomobilin sürətini artırdıqda havanın artan müqavimətinə qarşı daha çox yanacaq sərf etmək lazım gəlir. Məsələn, avtomobil 95 km/saat sürətlə getdiyi zaman 10 litr (100 km-ə) benzin sərf edirsə, 103 km/saat sürətlə hərəkt etdiyi zaman 11 litr (100 km-ə) yanacaq işlətmiş olacaq. Yanacağa qənaət etmək istəyirsinizsə, avtomobilinizi şəhərlərarası yollarda 80-90 km/saatdan artıq sürətlə sürməyin. Magistral yollarda sürəti sabit saxlamağa çalışın.

- Sürətlə hərəkət edən avtomobillərdə pencərələr açıq vəziyyətdə olarsa yanacaq sərfiyyatı da yüksək olar. Saatda 80 kilomert sürətlə gedən avtomobillərdə pencərələri 3-4 sm açmaq yanacaq sərfiyyatını artırmaz. Ancaq avtomobil daha sürətlə hərəkət etdiyi zaman pencərələri bağlamaq lazımdır. Bu zaman salonda havanın temperaturu yüksək olarsa havalandırma sistemini işə salmaq olar.

-Ehtiyac olmadığı zamanlarda avtomobilin kondisionerini işlək vəziyyətdə saxlamayın.

- İsti yay aylarında benzini axşam və ya səhər saatlarında alın. Yəni benzin alarkən havanın sərin olmasına diqqət edin. Bu zaman, həm buxarlanma səviyyəsi az olur, həm də benzinin sıxlığı yüksək olur. Benzin doldurma mətəqələrində quraşdırılan aparatlar yanacağın sıxlığını deyil, miqdarını müəyyən edir. Bundan başqa motor işləyə-işləyə avtomobilin yanacaq çənini benzinlə doldurmayın. Elə edin ki, yanacaq çəninin qapağında açıq yer qalmasın. Unutmayın ki, benzin sürətlə buxarlanır. Yanacaq çəninin dolu olması da benzin sərfiyyatını azaltmış olur.

Normadan artıq olan hər 45 kiloqram ağırlığında yük yanacaq sərfiyyatını 7% artırır

- Ancaq məsləhət görülən (usta tərəfindən) motor yağından istifadə edin. Yanacaq sərfiyyatının miqdarına nəzarət edin. Davamlı olaraq avtomobilinizi yoxlatdırın. Sükan və əyləc sisteminin düzgün işləyib-işləməməsi yanacaq sərfiyyatına təsir edən əsas amillərdəndir.

- Əgər şəhər daxilində bir neçə yerə baş çəkəcəksinizsə, işinizi elə planlayın ki, bir yerdən iki dəfə keçməyəsiniz.

- İsti havalarda motoru işə salmazdan əvvəl pencərələri açaraq avtomobilin salonunu sərinlətməyə çalışın. Motoru isitmək üçün artıq vaxt sərf etməyin. Bir çox avtomobillərdə isə motoru istiməyə ehtiyac yoxdur.

- Gərəksiz yükləri avtomobilin baqajında saxlamayın. Hesablamalar göstərir ki, normadan artıq olan hər 45 kiloqram ağırlığında yük yanacaq sərfiyyatını 7% artırır.

- Təkərlərdə havanın təzyiqi aşağı olduğu zaman avtomobil daha çox benzin sərf edir. Buna görə də təkərlərdə havanın təzyiqini sabit saxlamaq və tez-tez nəzarət etmək lazımdır.

DİGƏR XƏBƏRLƏR

Top