“Barselona” Çindən futbolçu aldı

“Barselona” Çinin “Quançjou Everqrand” klubunun yarımmüdafiəçisi Paulinyonu transfer edib.

“Yeniavaz.com”un “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, transferin məbləği 40 milyon avro təşkil edəcək.

29 yaşlı brazliyanın müqaviləsində göstərilir ki, onu “Barselona”dan almaq istəyən klub 120 milyon avro ödəməlidir. Paulinyo cümə axşamı tibbi müayinədən keçəcək və “Barselona” ilə müqavilə bağlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top