Qızlara maşında CANLI YAYIN zamanı dəhşətli zərbə VİDEO

Sükan arxasında edilən ani diqqətsizlik dəhşətli qəzalara səbəb ola bilir. Sosial şəbəkələr, mobil internet populyarlaşandan sonra belə qəzaların sayı sanki daha da artıb. Kimisi sükan arxasında foto çəkdirərkən, kimisi səs göndərərkən, kimisi də canlı yayın zamanı ağır qəza ilə üzləşir. Təəssüf ki, belə qəzalar zamanı çəkilən videolar sonradan ictimailəşsə də, bir çoxlarına dərs olmur, yenə eyni hadisələr baş verir.

"Yeniavaz.com" saytı xəbər verir ki, belə hadisələrdən birinin videosundan görünür ki, 3 xanım dost avtomobillə hərəkət edərkən sosial şəbəkədə canlı yayım edirlər. Yüksək musiqi sədaları altında rəqs edən xanımlar sürücü xanımın da diqqətini yayındırırlar və dəhşətli qəza baş verir. Toqquşma səsindən avtomobilin bir neçə avtomobilə çırğıldığını və çevrildiyini təxmin etmək olur. Avtomobildəki xanımların ölüb-ölmədiyi bilinmir. Türkdilli ölkələrin birində qeydə baş verən həmin qəzanın videosunu təqdim edirik.

Hazırladı: Nicat

qeza

DİGƏR XƏBƏRLƏR

Top