Müəllim olmaq istəyənlər vakansiya seçimi edib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya mərhələsi başa çatıb.

Seçim mərhələsi avqustun 11-i, saat 23:59-dək davam edib.

Qeyd edək ki, test imtahanından uğurla keçən 30 minə yaxın namizəd vakant yeri tutmaq hüququ qazanıb.

Namizədlər iki gün sonra vakansiya mərhələsinin nəticələri ilə tanış ola biləcəklər.

Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək.

DİGƏR XƏBƏRLƏR

Top