Avtovağzalda yeni yol salındı

Metronun "Avtovağzal" stansiyasının digər giriş-çıxış hissəsinə rahat gediş-gəlişi təmin etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yaşıllıq səhəsindən istifadə etməklə yeni yol hissəsi salınıb.

"Azəravtoyol"dan verilən məlumata görə, yeni yol hissənin salınması metronun"Avtovağzal" stansiyasının üst hissəsində yerləşən meydançadan piyadaların, avtonəqliyyat vasitələrinin və ictimai nəqliyyatın rahat hərəkətinə imkan yaradacaq.

Yeni yol hissəsinin ümumi uzunluğu 44 eni isə 20 metr təşkil edir.

Görülən işlər çərçivəsində piyadaların təhlükəsiz hərəkəti nəzərə alınaraq uzunluğu 33, eni 3 metr olan piyada səkisi də tikilib. Buna paralel olaraq piyadaların təhlükəsizliyi məqsədilə piyada keçidi də salınıb.

DİGƏR XƏBƏRLƏR

Top