Ərdoğan Avropaya Koroğlunun sözləri ilə cavab verdi

“Terror təşkilatları ilə apardığımız mübarizənin hamısı istiqlal və gələcək naminə savaşın nəticələridir”.

“Yeniavaz.com”un “Türkiye” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyənin Suriya və İraq sərhədləri boyunca formalaşdırılmağa çalışılan terror dövlətlərinin məqsədi də budur: “Məruz qaldığımız üstüörtülü ambarqoların də səbəbi budur”.

R. T. Ərdoğan Avropa ölkələrinə Koroğlunun qoşmasından iki bənd söyləməklə cavab vermək istədiyini qeyd edib: “Mərd da­ya­nar, na­mərd qa­çar. Mey­dan gum­bul-gum­bul gum­bul­da­yar. Şah­lar şa­hı di­van açar. Di­van gum­bul-gum­bul gum­bul­da­yar. Ox atı­lar qa­la­sın­dan, Haqq sax­la­sın bə­la­sın­dan, Ko­roğ­lu­nun nə­rə­sin­dən hər yan gum­bul-gum­bul gum­bul­da­yar. Əcdadlarımızdan aldığımız ilhamla biz də səsimizin çatdığı ən yüksək tonla ürəkdən deyirik ki, bacara bilməyəcəksiniz. Millətimizi bölə, bayrağımızı endirə, azanlarımnızı susdura, vətənimizi parçalaya və dövlətimizi yıxa bilməyəcəksiniz”.

DİGƏR XƏBƏRLƏR

Top