
Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhədə hərbi texnika tədarük edir.
“Yeniavaz.com”un İHA-ya istinadən verdiyi məlumata görə, tank və özüyeriyən haubitsalar Suriya ilə sərhəddəki Hatay vilayətində yeürləşən hərbi bölmələrə çatdırılır.
Hərbi texnikalar Qaziantep, Kilis və Şanlıurfa üzərindən karvan şəklində sərhəd zastavalarına daşınır. Silah tədarükünə səbəb kimi Suriyanın İdlib vilayətinin bəzi ərazilərinin “Ən-Nusra” terror təşkilatının nəzarətinə keçməsi göstərilir.
Tətbiqimizi yükləyə bilərsiniz