Qatarların toqquşduğu yerə baxış keçirəm misirli məmur öldü

Misir Nəqliyyat Nazirliyinin əməkdaşı iki qatarın toqquşması nəticəsində həlak olanların cəsədlərinə baxış zamanı ürək tutmasından vəfat edib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Misir nəqliyyat nazirinin köməkçisi deyib.

Onun sözlərinə görə, müşavir vəzifəsində çalışan Mustafa Seyid cəsədlərə baxarkən dözməyərək qəflətən yıxılıb və dərhal dünyasını dəyişib.

Xatırladaq ki, avqustun 11-də İsgəndəriyyə şəhərinin ətrafındakı xəttdə Qahirə və Səid limanından hərəkət edən qatarlar toqquşub. Misir Səhiyyə Nazirliyinin məlumatına əsasən, hadisə nəticəsində 42 nəfər həlak lub, 170-dən çox adam yaralanıb. Faciəyə səbəb kimi semaforçunun səhvi göstərilir.

DİGƏR XƏBƏRLƏR

Top