Ərdoğan 14 ildə Türkiyəyə qoyulan sərmayənin miqdarını açıqladı

14 il ərzində Türkiyəyə yatırılan xarici sərmayənin miqdarı 181 milyard dollar təşkil edir.

“Yeniavaz.com”un “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyənin bütün müvafiq qurumları beynəlxalq təşkilatlara yeni sərmayə qoyuluşları üçün hər cür dəstəyi təmin etməyə hazırdır. R. T. Ərdoğan ölkədə tətbiq edilmiş fövqəladə vəziyyət rejiminin yalnız terrorçuluqla mübarizə ilə məhdudlaşdığını qeyd edib: “Fövqəladə vəziyyət rejimi sahibkarlarımızın, sənayeçilərimizin qoyduğu sərmayələrin qarşısını kəsmək üçün deyil, onları təminat almağa istiqamətlənib. Təmin etdiyimiz təşviqlər sayəsində sahibkarlara olduqca cazibədar imkanlar təqdim edirik”.

Prezident əlavə edib ki, Türkiyəyə sərmayə qoyan hər bir kəs peşman olmayıb və olmayacaq: “Beynəlxalq sərmayədarların ölkəmizə olan etibarları artaraq davam edir”.

DİGƏR XƏBƏRLƏR

Top