Şəmkirdə yol polisi hamilə qadını xilas edib - Uşağın adını onun şərəfinə qoydular

Şəmkirdə yol polisləri ana və yeni doğulacaq körpəni ölümdən xilas edib. "Yeniavaz.com" xəbər verir ki, Tovuz rayon sakini Nizami Vəliyev hamilə gəlinini Gəncəyə apararkən yolda onun halı pisləşib. Həyəcandan avtomobili idarə edə bilməyən Nizami Vəliyev məcbur olub Şəmkir postunda yol polisindən kömək istəyib. Yol polisləri dərhal onun gəlinini xidməti avtomobilləri ilə sağ-salamat xəstəxanya çatdırıblar.

Nizami Vəliyev "Yeniavaz.com" saytına açıqlamasında hadisə ilə bağlı bunları deyib: "Dünya gələn qız nəvəmin adını gəlinimi xəstəxanaya çatdıran yol polisinin adı Xəyal olduğu üçün Xəyalə qoyacağam".

Vəziyyəti ağır olan hamilə qadını xəstəxanaya çatıran Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Xəyal Məmmədov: "Çox sevinirəm ki, onların övladları sağ-salamat dünyaya gəldi".

Abbas Səhət adına 1 nömrəli xəstəxanadan saytımıza bildiriblər ki, hazırda ana və övladının vəziyyəti normaldır.

Vüqar Nəbiyev, Şəmkir

DİGƏR XƏBƏRLƏR

Top