Ramil Quliyev: “Yalnız buna görə ölkəni tərk etdim"

“Azərbaycana – vətənimə qarşı heç vaxt incikliyim olmayıb və prinsipcə niyə də olmalıdır?”.

“Yeniavaz.com”un məlumatına görə, bunu TASS-a müsahibəsində 200 metr məsafəyə qaçışda 2017-ci il Dünya çempionu olmuş Türkiyə yığmasının üzvü Ramil Quliyev deyib.

R. Quliyev deyib ki, Azərbaycanda bəzi rəhbərlər ona yaxşılıq arzu etməyiblər: “Yalnız buna görə də ölkəni tərk etdim. Onlar mənə hazırlıq üçün məqbul şərait yaratmadılar və Azərbaycanı beynəlxalq arenada layiqli təmsil etməyimdə maraqlı deyildilər”.

İdmançı əlavə edib ki, azərbaycanılar və türklər iki qardaş ölkədir: “Əslində isə bir xalqdır. Buna görə də özümü təbii olaraq tam Türkiyə vətəndaşı kimi hiss edirəm. Dillərimiz çox oxşardır, buna görə də iki aydan sonra türk dilində asan danışmağa başladım

O, 200 metr məsafəni 18 saniyəyə qaçmağın mümkün olduğuna inandığını bildirib: “Lakin bunun üçün başqa məşq yanaşması lazımdır. İnsan buna vaxt ötdükcə gələcək”. R. Quliyev növbəti hədəfinin 200 metr məsafəni 19,70 saniyəyə qaçmaq və Avropa rekordunu müəyyənləşdirmək olduğunu vurğulayıb.

İdmançı vaxtilə Rusiya yığmasında iştirak etmək imkanını itirdiyi üçün peşman olmadğını da bildirib: “İndi tamamilə heç nə barədə peşman deyiləm. Buna görə də nəticədə hər şey mənim üçün yaxşı alındı. Hazırda nəyə sahibəmsə, ona sevinirəm”.

O hesab edir ki, qələbələrinin hansısa kökləri Sovet İttifaqından boy atır: “Hansısa, az da olsa, sovet yüngül atletika məktəbinin məhsuluyam. Bu gün barədə danışsaq, hazırda mənə Rusiya yığmasının məşqçisi Oqtay Mirzəyev kömək edir. O, atamanı yaxın dostu olub, onlar birlikdə məşq ediblər”.

Xatırladaq ki, R. Quliyev karyerasında ilk dəfə olaraq Londonda keçirilən Dünya çempionatında 200 metr məsafəyə qaçışda 20,09 saniyə nəticə ilə Dünya çempionu olub.

DİGƏR XƏBƏRLƏR

Top