Bakıda məktəb direktorundan nümunəvi addım - FOTOLAR

Bakının Binəqədi rayonu, 126 nömrəli orta məktəbin direktoru Şəmsi Qocayevin sosial şəbəkədə paylaşdığı fotolar bir çoxlarının diqqətini çəkib. "Yeniavaz.com" saytının məlumatına görə, fotolardan aydın olur ki, tətil olmasına baxmayaraq, direktor yenə məktəbdədir, təhsil ocağının həyətindəki otları biçir, yaşıllıqlara qulluq edir.

Ş. Qocayev bunu məktəbə və təbiətə bağlı olması ilə izah edib: "Məzuniyyəti səmərəli keçirirəm. Nə məktəbdən, nə də təbiətdən aralana bilmirəm".

Qeyd edək ki, Ş. Qocayev həm də şairdir və təbiətə həsr olunmuş bir-birindən maraqlı şeirlərin müəllifidir. Onun direktoru olduğu məktəbin həyəti yaşıllığına və səliqə-səhmanına görə digər məktəblərdən fərqlənir.

Direktorun paylaşdığı fotolar sosial şəbəkədə müzakirə mövzusu olub və izləyicilərdən biri: "Belə direktor olar? Əhsən, əsl nümunə olacaq insansınız hər bir direktora" şərhini yazıb.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top