.jpg)
“Real” Madridin baş məşqçisi Zinəddin Zidan klubda işini davam etdirəcək.
“Yeniavaz.com”un “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, tərəflər müddəti 2020-ci ilin yayınadək olan yeni müqavilə bağlayıblar.
Yeni müqavilə ictimaiyyətə uyğun vaxtda elan ediləcək. Z. Zidanın məvacibi müqavilə əsasında ildə 4,35 milyon avrodan 8 milyon avroyadək artırılıb. Bu məbləğin bir qismi baş məşqçinin qazanacağı nailiyyətlərə görə bonuslar şəklində veriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz