Misirdə qatarlar toqquşdu: azı 28 ölü, 50-dən çox yaralı

Misirin şimalında İsgəndəriyyə ətrafında iki qatarın toqquşması nəticəsində azı 28 nəfər həlak olub.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Misirin mülki müdafiə və fövqəladə hallar xidmətlərinin nümayəndələri deyiblər.

Bildirilir ki, insident zamanı 50-dən artıq adam xəsarət alıb. Məlumata görə, bir neçə vaqon relsdən çıxıb. Təcili yardım və xilasedicillər hadisə yerinə gəlirlər. Toqquşmanın səbəbi hələ məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top