Xaricdən gətirilən avtobusların sayı 2,5 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 4 min 468 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 589 ədəd və yaxud 55,2% çoxdur. Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 67 ədəd və yaxud 2,5 dəfə artaraq 111-ə, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxalı 1316 ədəd və yaxud 53,2% artaraq 3 min 791-ə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 219 ədəd yaxud 73% artaraq 519-a, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 13 ədəd yaxud 21,7% azalaraq 47-ə bərabər olub.

DİGƏR XƏBƏRLƏR

Top