Eldar Sultanovun bacısı oğlu qəzada həlak oldu

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Avqustun 10-da saat 10:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Vüqar Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yol kənarında duran Sumqayıt şəhər sakini Ramil Əliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Qəzada dünyasını dəyişən Ramil Əliyev Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun bacısı oğludur.apa

DİGƏR XƏBƏRLƏR

Top