Yevlax rayonunda azyaşlı uşaq ikinci mərtəbədən yıxılaraq xəsarət alıb. "Yeniavaz.com" xəbər verir ki, 2015-ci il təvəllüdlü Allahverdiyeva Aysu Kamil qızı Havarlı kəndindəki ikimərtəbəli fərdi yaşayış evində yıxılaraq baş nahiyəsindən ciddi xəsarət alıb. Belə ki, evdə oynayan uşaq qəfil yoxa çıxıb və bir müddət səs-küy olmayıb. Axtarışdan sonra ailə üzvləri onun yerə yıxıldığını və özündən getdiyini görüblər. Yaralı Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılıb və hazırda müalicəsi davam etdirilir. Müalicə prosesində Bakıdan gəlmiş həkimlər də iştirak edir. Azyaşlının müəyyən mərhələdən sonra müalicəsinin davam etdirilməsi üçün paytaxta göndərilməsi planlaşdırlır. Hazırda uşağın vəziyyətində heç bir irəlləyiş yoxdur. Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir