Bakıda güclü yanğın VİDEO YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Bakının Binəqədi kəndində yanğınla bağlı məlumat yayıb.

"Yeniavaz.com"un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın vətəndaşa məxsus ümumi sahəsi 175 m2 olan mansard tipli tikinti materiallarının satışı mağazasında baş verib.

Nəticədə mağazanın dam örtüyü və mansardı 168 m2 sahədə, bitişik ümumi sahəsi 96 m2 olan çay evinin damı və mansardı yanıb.

Mağazanın qalan hissəsi və digər bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 20:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb

***

Bakının Binəqədi rayonunda, Binəqədi qəsəbəsinin mərkəzində tikinti materialları mağazasında yanğın baş verib.

Virtualaz.org-un müxbiri hadisə yerindən xəbər verir ki, əraziyə gedən və gələn yollar bağlanıb. Əraziyə polis, yanğınsöndürənlər və təcili yardım maşınları gəlib.

Şahidlərin dediyinə görə, yaralı var.

****

FHN-nin saytında yerləşdirilən xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən tikinti malları mağazasının dam örtüyündə yanğın başlayıb. Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində saat 20:32-də yanğın məhdudlaşdırılıb. Yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Yangin

DİGƏR XƏBƏRLƏR

Top