Aİ Şimali Koreyaya sanksiyaları gücləndirdi

Avropa İttifaqı (Aİ) BMT Təhlükəsizlik Şurasının (TŞ) müvafiq qətnaməsinə əməl edərək Şimali Koreyaya qarşı sanksiyaları gücləndirib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasından deyiblər.

Şuradan bildiriblər ki, sanksiya siyahısına doqquz nəfər və dörd hüquqi şəxs salınıb. Siyahıya daxil edilənlər arasında Şimali Koreyanın dövlət Xarici Ticarət Bankı da var: “Həmin şəxslərin aktivləri dondurulur və səfərlərinə qadağa qoyulur”.

Kommünikedə qeyd edilir ki, BMT TŞ-nin qərarına uyğun olaraq tətbiq olunmuş sanksiya siyahısında 62 fiziki və 50 hüquqi şəxs var. Daha 41 nəfər və 7 hüquqi şəxs sanksiya siyahısına Aİ tərəfindən sərbəst daxil edilib.

Xatırladaq ki, avqustun 5-də BMT TŞ Şimali Koreya üzrə yeni qətnamə qəbul edib. Qətnamə bu ölkəyə qarşı sanksiyaları gücləndirir. Qətnaməni təklif etmiş ABŞ-ın hesablamalarına əsasən, bu məhdudiyyətlər tam yerinə yetirilərsə, Pxenyanın hazırda təqribən 3 milyard dollar olan illik valyuta xərcləri 1 milyard dollar azaldacaq.

DİGƏR XƏBƏRLƏR

Top