Ermənistan Rusiya və ABŞ arasında seçim etmək istəmir

Rəsmi Yerevan ümid edir ki, ABŞ və Rusiya arasında qarşıdurmanın artması fonunda bu iki dövlət arasında seçim etməli olmayacaq.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib.

O bildirib: “Dünya heç vaxt ağ-qara olmayıb. ABŞ və İran arasında dərin qarşıdurma vəziyyətinin olduğunu xatırladım. Həmin vaxt hətta mümkün hərbi fəaliyyətlər barədə danışılırdı. Və o zaman biz heç bir seçim etmirdik, biz səmimi idik, ABŞ və İranla normal münasibətlər saxlayırdıq”.

Ş. Koçaryanın sözlərinə görə, öz birinci dərəcəli maraqlarını və onu rəhbər tutmağı aydın dərk etmək lazımdır: “Digər tərəfdən, əlbəttə ki, beynəlxalq oyun qaydalarına əməl etmək lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top