Sumqayıtda etiraz edənləri çəkən xanım polis zorakılığına məruz qalıb

Avqust ayının 6-da gecə saatlarında Sumqayıt şəhərində bir yataqxanada partlayış, ardınca da yanğın olmuşdu. Həmin vaxt hadisədən sosial şəbəkə vasitəsilə xəbər tutdum. Bu şəhərdə yaşayan Şəms Yusifzadə adlı xanım Sumqayıtda partlayış və yanğın olduğunu yazmışdı. Şəms xanım mənim jurnalist olduğumu bilirdi. Mən hadisə yerindən uzaqda yaşadığıma görə, xanımdan yanğının şəklini çəkə bilərsə mənə göndərməsini xahiş etdim. Şəms xanım həmin vaxt şəkil çəkib göndərə bilməmişdi.

Yanğın hadisəsindən 4-5 gün keçib, zərərçəkənlərə çadır verilib. Bu gün zərərçəkənlər yaşadıqları ərazidə yollardan birini bağlayıblar. Bu haqda bizə Şəms xanım məlumat verib. Onun sözlərinə görə, yanan yataqxananın sakinləri səslərinin eşidilməsi üçün bu addımı atıblar. Polislərlə yolu bağlayan zərərçəkənlərlə arasında olan mübahisəni telefonun kamerası ilə çəkən Şəms xanım polis tərəfindən şiddətə məruz qalıb. Xanımın biləyini sıxaraq onun əlindən telefonunu alan polislər çəkilən şəkilləri siliblər.

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top