Tikinti sahəsində işləyənlərin əmək haqqı 808 manata çatıb

2017-ci ilin yanvar-iyun aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 97,8 min nəfər təşkil edib, onların 48,6 min nəfəri binaların tikintisində, 24,6 min nəfəri mülki təyinatlı inşaat işlərində, 24,5 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən verilən məlumata istinadən bildirir ki, işçilərin 28,2 faizi dövlət, 71,8 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olublar.

Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artaraq 807,8 manata çatıb. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 927,6 manat, dövlət sektorunda isə 521,3 manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə binaların tikintisində işləyənlərin orta aylıq nominal əmək haqqı 7,5 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların isə 8,8 faiz artıb.

DİGƏR XƏBƏRLƏR

Top