İsti havada Bakıda küçələrdə içməli su paylanılsın - Ekspertdən təklif

Son günlər ölkə ərazisində, xüsusən paytaxtda havaların həddindən artıq isti olması insanlara mənfi təsir edir.

“Yeniavaz.com” xəbər verir ki, sosial şəbəkədə “Təcili görülməsi vacib hesab olunan tədbirlər” başlıqlı təkliflə çıxış edən ekspert Azər Allahverənova görə, kəskin istilərdə şəhərin müvafiq strukturları əhalinin sağlamlığının qorunması ilə bağlı tədbirlər həyata keçirməlidir:

“Onların arasında xüsusi diqqət ictimai yerlərdə pulsuz içməli suyun paylanılması üçün çənlərin quraşdırılmasına yönəlməlidir. Bununla yanaşı, həm də ona fikir vermək lazımdır ki, bütün parklardakı fəvvarələr işlək vəziyyətdə saxlanılsın ki, ən azından onlar işləyərkən ətrafa sərin hava dağıtsınlar və insanlar bundan səmərli yararlana bilsinlər”.

DİGƏR XƏBƏRLƏR

Top