Qətər 80 ölkə ilə viza rejimini sadələşdirdi

Qətər 80 ölkənin vətəndaşları üçün viza rejimini sadələşdirib.

“Yeniavaz.com”un “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Qətərin Turizm Nazirliyinin Turizmin inkişafı şöbəsinin müdiri Həsən əl-İbrahimi deyib.

Onun sözlərinə görə, Qətər bu addımı ilə turizm sahəsində tarixi dəyişikliyi həyata keçirib. H. əl-İbrahimi qeyd edib ki, viza rejiminin sadələşdirildiyi ölkələr müəyyən kriteriyalar əsasında seçilib: “Araşdırmalar davam edəcək və siyahıya mərhələli şəkildə yeni ölkələr daxil ediləcək”.

Hamad Beynəlxalq Hava Limanının Pasport nəzarəti şöbəsinin müdiri Rəşid əl-Məzrui isə bildirib ki, viza rejiminin asanlaşdırıldığı ölkələrin vətəndaşları Qətər ərazisinə girərkən heç bir ödəniş etməyəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top