Ruhani yeni hökumətdə üç qadına vəzifə verdi

İkinci müddətə yenidən seçilmiş İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin yeni tərkibində üç qadına vəzifə verib.

“Yeniavaz.com”un “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, qadınlar hökumətdə üç vəzifə tutacaqlar.

Belə ki, Laya Cüneydi hüquqi məsələlər üzrə vitse-prezident, Məsumə Ebtekar Prezidentin qadın və ailə işləri üzrə müavini, Şahindoxt Moldavardi isə Prezidentin vətəndaşların hüquqları üzrə köməkçisi təyin edilib.

Xatırladaq ki, İran İslam Respublikası yaradılandan bəri hökumətdə yeganə qadın Mərziyə Vahid Dəstcərdi olub. O, keçmiş Prezidenti Mahmud Əhmədinejadın başçılıq etdiyi Nazirlər Kabinetində səhiyyə və tibb təhsili naziri vəzifəsində çalışıb.

Qeyd edək ki, H. Ruhani bu ilin mayında yenidən ölkənin Prezidenti seçilib, onun andiçmə mərasimi isə avqustun əvvəlində baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top