Banklar xaricə olan borclarını qaytarırlar

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 2017-ci il iyulun 1-nə 6 milyard 800,4 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə 28,8 milyon manat və ya 0,42% azdır.

Keçən ilin analoji dövrü ilə müqayisədə isə kommersiya banklarının xarici öhdəlikləri 174,6 mln. manat və ya 2,64% artıb. Qeyd edək ki, xarici öhdəliklərdə azalma ardıcıl 5 ay davam edir.

Manatın məzənnəsinin sabitləşməsi fonunda kommersiya banklarının xarici öhdəliklərinin tədricən azalması prosesinin davam edəcəyi gözlənilir. Dollar ekvivalentində xarici öhdəliklər iyulun 1-nə 3 milyard 995,3 milyon təşkil edib. Bu göstərici iyunun 1-nə 4 milyard 12,5 milyon dollar olub. Yəni, dollar ekvivalentində xarici öhdəliklər 17,2 mmilyon. dollar və ya 0,43% azalma göstərib.

Qeyd edək ki, kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi bu ilin yanvar ayında qeydə alınıb və 8 milyard 71,7 milyon manat və ya 4 milyard 211,7 milyon dollara bərabər olub. Yəni, real olaraq bank sektorunun xarici öhdəlikləri ilin əvvəlindən 216,4 milyon dollar və ya 5,14% azalma göstərib.report

DİGƏR XƏBƏRLƏR

Top