Hüquqşünas: "Mənə dedilər bu nazirin ailə nömrəsidir, digər maşınlara qadağan olunub"

"Əvvəllər mənim avtomobilimin nömrə nişanı 10...009 idi. O nömrəni avtomobili dəyişəndə digər avtomobilə daşıyırıdım. 2008-ci ildə dedilər ki, olmaz". "Yeniavaz.com" xəbər verir ki, bunu hüquqşünas Sahib Məmmədov bildirib.

"Səbəbini araşdıranda məlum oldu ki, bu nömrə Mahmudovun ailə nömrəsidir və digərlərinə bu nömrə nişanından istifadə onun tərəfindən qadağan olunub. Əlbəttə, tam qanunsuz. Mən prinsipə çox cəhd etdim. Axırda mənə dedilər ki, anbarda bu nömrələrdən nə qədər desən var və başqa adama verilmir, başını sözün bütün mənalarında ağrıtma. İndi özünü bir az YEKƏ hesab edən əksəriyyətin belə "ailə nömrələri" var. Öz xidməti avtomobillərinin (AA) nömrəsini başqa seriyalarla ailə üzvləri və qohumları üçün istifadə edirlər. Etməyənlər də var, məslən Daxili İşlər Naziri. 10...010 nömrəsini hər kəs istifadə edə bilər".

Hüquqşünas qeyd edib ki, ailə nömrələrinin çoxunun kimə məxsus olduğunu yol polisləri bilirlər: "Hər bir Yol Patrul Xidməti işçisi hansı nömrənin hansı ailəyə məxsus olmasını əla bilir. Onların bir çoxu yollarda "at oynatmaqla" məşğuldur. Məncə, bu qeyri-rəsmi qaydanı ləğv etmək vaxtıdır. Həm də dövlət idarələrinə məxsus olan qeyri-rəsmi seriyaları (AA və s.). Bu seriyalara qanunvericilikdə üstünlük verən heç nə yoxdur. Gürcüstan bunu çoxdan ləğv edib. Üstünlük hüququ olan nəqliyyat vasitələri barədə qanunvericilikdə dəqiq göstərişlər var".

DİGƏR XƏBƏRLƏR

Top